Moldova prezidentinin səlahiyyətləri dayandırılıb


Dünya 02 Yan 2018 22:24:00 303 0

Moldova prezidentinin səlahiyyətləri dayandırılıb

Moldovanın Konstitusiya Məhkəməsi Prezident İqor Dodonun səlahiyyətlərini müvəqqəti dayandırıb. Məhkəmə bu barədə yanvarın 2-də hakim koalisiyadan olan bir qrup deputatın sorğusu üzrə qərar qəbul edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki,  məhkəmənin qərarı Dodonun ötən həftə Baş nazir tərəfindən təklif olunan beş nazirin və baş nazirin iki müavininin namizədliyini təkrarən rədd etməsinə əsaslanır. Ölkə qanunvericiliyinə görə, prezident namizədlikləri yalnız bir dəfə qəbul etməmək hüququna malikdir.

Konstitusiya Məhkəməsi prezidentin vəzifələrinin parlament sədrinə, yaxud baş nazirə keçməsini qərara alıb. Yaxın vaxtlarda onlardan biri hökumətin yeni üzvlərinin təyin olunması haqqında fərmanları imzalayacaq.