Ərdəbildə etiraz aksiyaları ilə bağlı 40 nəfər saxlanılıb


Dünya 02 Yan 2018 22:19:00 268 0

Ərdəbildə etiraz aksiyaları ilə bağlı 40 nəfər saxlanılıb

İran təhlükəsizlik qüvvələri Ərdəbil əyalətində etiraz aksiyaları zamanı 40 nəfəri saxlayıblar.

Son.az Trend-ə istinadən bildirir ki, Ərdəbilin prokuroru Naser Atabati bildirib ki, saxlanılanların əksəriyyəti sorğudan sonra azad edilib, 15 nəfər isə hələ də həbsdə qalıb.

Bundan əlavə, təsdiqlənməmiş məlumatlara əsasən, Təbriz şəhərində etiraz aksiyaları zamanı 90 nəfər saxlanılıb. Lakin Təbriz millət vəkili Şahabodin Bimekdar məlumatı təkzib edib və bildirib ki, onun şəhərində etirazlar keçirilməyib.

Xatırladaq ki, dekabrın 28-dən Tehran, Məşhəd və Kermanşah daxil olmaqla İranın bir neçə şəhərində kütləvi etiraz aksiyaları keçirilir. Yüksək qiymətlərə etiraz olaraq keçirilən aksiyalar daha sonra hökumət əleyhinə nümayişlərə çevrilib.