Mogerini:"2018-ci ildə "Şərq Tərəfdaşlıq Proqramı" ölkələri ilə praktiki tərəfdaşlıq davam etdiriləcək"


Dünya 02 Yan 2018 21:52:30 273 0

Mogerini:"2018-ci ildə "Şərq Tərəfdaşlıq Proqramı" ölkələri ilə praktiki tərəfdaşlıq davam etdiriləcək"

"Çünki bu bizim əməkdaşlığımızın əsas məzmunudur: bütün Avropalıların həyatını həqiqətən yaxşılaşdırmaq üçün praktiki tərəfdaşlıq"

Avropa İttifaqı diplomatisayının başçısı Federika Mogerini İttifaqın 2018-ci ildə 12 əsas fəaliyyət istiqamətlərini açıqlayıb.

"Report" xarici KİV istinadən xəbər verir ki, bu barədə diplomat özünün bloqunda yazıb.

Onun fikrincə, bu istiqamətlər üzrə işlər 2017-ci ildə başlayıb və onları davam etdirmək lazımdır.

Mogerinin siyahısına Avropanın müdafiə məsələsi, miqrasiya ilə bağlı Afrika ilə əməkdaşlıq, Balkan ölkələrin Aİ inteqrasiyası, İran ilə nüvə proqramına dair əldə olunan razılaşmanın müddəalarının yerinə yetirilməsi, Qüds ilə bağlı Avropanın vahid siyasəti, Rohinca qaçqınları, Şərq Tərəfdaşlıq ölkələri ilə birgə layihələrin reallaşdırılması və diqər məsələlər yer alıb.

"Ötən noyabr ayında Şərgi Avropadakı altı tərəfdaşımızı - Ukrayna, Gürcüstan, Moldova, Ermənistan, Azərbaycan və Belarusu Brüsseldə salamladıq. Brusseldə 2020-ci ilədək 20-dək praktiki layihələr üzrə razılığa gəldik. Çünki bu bizim əməkdaşlığımızın əsas məzmunudur: bütün Avropalıların həyatını həqiqətən yaxşılaşdırmaq üçün praktiki tərəfdaşlıq," – deyə F.Mogerinin qeyd edib.