2040cı ildə Bitcoindən istifadə etməyən adam qalmayacaq


Digərləri 02 Yan 2018 21:15:00 296 0

2040cı ildə Bitcoindən istifadə etməyən adam qalmayacaq

Öndər risk sərmayəçilərindən olan və Earn.com-un CEO-su Balaji Srinivasan Bitcoin-in gələcəyinə dair bir proqnoz verdi.

30 milyon dollarlıq investisiya toplayan Earn.com-un CEO-suna görə 2040-cı ilə çatdığımızda 30 yaşından kiçik heç kim "Bitcoinsiz bir dünya"nı tanımayacaq.

Son.az kripto.az-a istinadən bildirir ki, Srinivanasan bu proqnozu ilə əslində 2010-cu ildən sonra anadan olan hər kəsin Bitcoin-i bir dəyər saxlama vasitəsi və ya valyuta olaraq istifadə edəcəklərini söyləyir.

Bu həftə edilən Coinbase, CME, CBOE və Gemini görüşməsində dünyanın ən böyük birjaları və maliyyə qurumları orta və uzun müddətə quruma-aid investisiyaları necə çəkə biləcəkləri barədə strategiyalarını bölüşdülər.

"2018-ci ilin ortalarına doğru ABŞ-dakı əksər maliyyə qurumu ilə yanaşı, Cənubi Koreya və Yaponiya bazarı da çox güman ki, Bitcoin-i güclü bir dəyər saxlama vasitəsi və rəqəmsal valyuta olaraq mənimsəyəcəkdir."  Gənclər banklardan heç də məmnun deyil Önümüzdəki illərdə milyardlarla dollar sərmayə ənənəvi maliyyə bazarından Bitcoin bazarına axmağa davam edərkən Bitcoin təbii olaraq dünyanın rəqəmsal valyutası halına gələ bilər. Facebook IQ tərəfindən aparılan bir sorğuya əsasən gənclər ilə bankçılıq sənayesi arasındakı əlaqə qopmuş vəziyyətdədir. Y nəsli, pulunu əmanət etmək üçün bu qurumlara o qədər də etibar etmir.

Srinivasan-a görə gənclərin ənənəvi maliyyə qurumlarına qarşı bu narazılığı sənayeni daha yaxşı, daha əlverişli və daha şəffaf bir sistemə keçməyə vadar edəcək. Yəni, Bitcoin qlobal maliyyə sektorunu dəyişdirəcək.