Əslində uğursuzluğun yaxşı nəticə olduğunu göstərən


Digərləri 02 Yan 2018 21:20:00 321 0

Əslində uğursuzluğun yaxşı nəticə olduğunu göstərən

Hər kəs xəyal qurmağı, hədəfini müəyyən etməyi, yaxşı bir gələcəyə sahib olmağı istəyir.  Önümüzə çıxan maneələri də yuxarıda saydıqlarımızın motivasiyası ilə dəf edərik. Hər nə qədər uğur qazanmağı arzulasaq da , işlərin tərs getməsi ucbatından uğursuzluq yaşayarıq.  Ümumiyyətlə gəlin qəbul edək ki, uğur deyilən anlayış uğursuzluğun baş vermədiyi bir vəziyyətdir. Ona görə də insanlar həmişə həyatları boyunca  uğur qazanmamaq və ya uğursuz olmaq  qorxusu ilə yaşayarlar. Lakin qorxu elə böyük uğursuzluqdur, əgər uğurlu bir insan olmaq istəyiriksə uğursuzluq yaşasaq belə fikir vermədən yolumuza davam etməliyik.  Belə bir deyim var "qorxduğum başıma gəldi" . Ona görə də qorxmaq yerinə qarşımıza çıxan uğursuzluqları pis nəticə kimi görməməli, aldığımız bir dərs kimi düşünməliyik.  Bu gün Banco.az komandası uğursuzluğun özünü ən yaxşı dərs olduğunu göstərmək üçün sizə 6 səbəb təqdim etmişdir.

1) Hər kəs həyatda uğursuzluğu dadıb.

Son.az banco.az-a istinadən bildirir ki, etiraf etməsələr belə, hər kəs həyatında bir dəfə də olsa belə uğursuzluqla qarşılaşmışdır.  Həyatımızda aldığımız bütün qərarların doğru olması deyə bir ehtimal azdır, mütləq yanlış qərarlarımız vardır, elə  bu qərarlar da bizə uğursuzluq gətirib.  Hər hansı bir uğur hekayəsində belə, uğursuzluğa dair bir məlumat olacaqdır. Həyat içində uğursuzluqlar qaçınılmazdır.

2) Uğursuzluq ən yaxşı müəllimdir.

Bir məsələdə nə qədər yaxşı olarsaq,  o qədər də özümüzü  daha da inkişaf etdirmək şansımız azdır.  Bəzən uğursuz olmadan hansı sahədə daha yaxşı olduğumuzu müəyyən edə bilmərik.  Bu daha çox yeni bir işdə çalışdığınızda  sizdən təcrübəli insanların sizə xətalarınızı deməsinə oxşayır. Onun dediyi fikirlər bizim həvəsimizi azaltmaz  və daha da inkişaf etməyimizə köməklik göstərər.  İllər sonra həmin xəta bir də qarşımıza çıxdıqda bu dəfə nə etməli olduğumuzu bilərik . Bəzən bir ifadə bütün problemlərin həlli ola bilər:

Nəyi səhv etdim?

3) Uğursuzluq güc verər.

Uğursuzluq güclü və ya gücsüz olduğumuzu da bizə göstərər.  Bəzi insanlar uğursuz olar və ardınca hər şeydən əllərini üzərlər, davam etməzlər.  Bəzi insanlar isə  bütün uğursuzluqlara rəğmən  gördükləri işə daha həvəslə girişərlər.  Hər dəfəsində uğursuzluqla qarşılaşsalar da, qaldıqları yerdən davam edərlər.  Uğursuzluğun sehri də elə burdadır: hədəflədiyin yerə gedənə qədər daha güclü olmaq

4)  Uğursuzluqlar yeni fürsətlər deməkdir.

Uğursuzluqdan çəkinən insanları baxdıqca onların müəyyən sahə ilə  məhdudlaşdığını görəcəksiniz.  Uğursuzluqdan qorxmayan insanlar isə risk etməkdən çəkinməzlər.  İstədikləri hədəf imkansız olsa belə həmin işə girişirlər, çünki onlar qorxaq deyil. Uğursuzluqdan çəkinən insanlar qarşılarına çıxan fürsəti dəyərləndirib-dəyərləndirməyəcəyini müzakirə edərkən o fürsət əllərindən qaçar.