Türkiyənin cənubunda Suriya ərazisindən buraxılan iki mərmi partlayıb


Dünya 02 Yan 2018 21:02:20 290 0

Türkiyənin cənubunda Suriya ərazisindən buraxılan iki mərmi partlayıb

Ölən və xəsarət alan yoxdur.

Suriya ərazisindən buraxılan iki mərmi Türkiyənin Hatay vilayətində Yayladağı şəhərində partlayıb.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb. 

Məlumata görə, ölən və xəsarət alan yoxdur.

Türkiyə Silahlı Qüvvələri raketlərin buraxıldığı ərazilərə cavab atəşı açıb.