Dünya Bankı Azərbaycanla əməkdaşlıqda maraqlıdır VİDEO


Digərləri 02 Yan 2018 21:06:00 339 0

Dünya Bankı Azərbaycanla əməkdaşlıqda maraqlıdır  VİDEO

Ölkənin dayanıqlı iqtisadi inkişafı aparıcı maliyyə qurumlarının da diqqətini cəlb edir. Azərbaycanla əməkdaşlıqda maraqlı olan qurumlardan biri də Dünya Bankıdır. Bankın rəsmiləri Azərbaycana istənilən sahədə dəstək olmağa hazır olduqlarını bildiriblər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, dünyanın aparıcı beynəlxalq maliyyə qurumları Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır və bu tendensiya ildən-ilə genişlənir. Dünya Bankının yaydığı məlumatda Azərbaycanın yaxşı infrastrukturu olduğu vurğulanıb.Bu maliyyə qurumunun rəsmiləri ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilən layihələrə dəstək verməyə hazır olduqlarını bəyan ediblər. İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, Azərbaycanın beynəlxalq arenada müsbət imicinin yaranmasının əsas səbəbi həyata keçirilən islahatlardır Azərbaycanla beynəlxalq maliyyə qurumları arasında əməkdaşlığın genişlənməsinin xeyli üstünlükləri var Vüqar Bayramov deyir ki, maliyyə qurumları müxtəlif ölkələrlə əməkdaşlığı genişləndirdikcə fərqli təkliflər irəli sürürlər.Təkliflərdən biri ölkəyə yeni enerji istehsalçılarını cəlb etməklə bağlıdır Təkliflərin necə dəyərləndiriləcəyi müzakirələrdən sonra məlum olacaq.


Xəbərə aid video