Siqaret çəkənlər bunu etsələr, peşman olacaqlar VİDEO


Digərləri 02 Yan 2018 21:07:00 648 0

Siqaret çəkənlər bunu etsələr, peşman olacaqlar  VİDEO

Artıq dünəndən etibarən ''tütün məmulatlarından istifadənin məhdudlaşdırılması'' haqqında qanun qüvvəyə minib. Qanuna əsasən siqaretdən istifadənin qadağan edildiyi yerlər məlum olub. Həmin yerlərdə mütləq bununla bağlı işarələr, məlumatlar olmalıdır. Əməkdaşlarımız bugün bir sıra ictimai iaşə obyektlərində olublar. Həmin yerlərdə qanuna əməl edilib-edilməməsi ilə maraqlanıblar.

Son.az xezerxeber.az-a istinadən bildirir ki,  ''Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması'' haqqında qanunun qüvvəyə minməsi ilə bir sıra obyektlərdə siqaret çəkmək qadağan edilib. Əvvəllər daxildə siqaret çəkəməyə icazə verən müxtəlif restoranlarda bununla bağlı qadağanedici nişanlar var. Restoranda işləyənlər deyir ki, qayda yeni olduğundan bəzi müştərilər siqaret çəkməyə cəhd etsələr də heç kəsə güzəşt edilmir. Vətəndaşların yeni qayda ilə bağlı fikirləri oxşardır. Hər kəs ictimai yerlərdə siqaret çəkməyin düzgün olmadığını deyir. Siqaret çəkməklə bağlı qadağaya əməl edənlərlə yanaşı, yeni qaydadan məlumatsız olanlar da var. Qeyd edək ki, sözügedən qaydaya əməl etməyənlər cərimə edilə bilərlər. Ona görə də siqaretin qadağan edildiyi məkanlarda tezliklə qadağanedici nişanların əks edilməsi məsləhətdir.


Xəbərə aid video