Mingəçevirdə yaşlı piyadanı avtomobil vurub


Digərləri 02 Yan 2018 20:56:00 193 0

Mingəçevirdə yaşlı piyadanı avtomobil vurub

Kəllə beyin travması alan yaralı xəstəxanaya yerləşdirilib

Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Son.az "Report"a istinadən bildirir ki, hadisə şəhərin Kür çayı üzərindən keçən nəqliyyat körpüsündə baş verib. Belə ki, körpü üzərində müəyyən olunmamamış yerdən yolu keçmək istəyən 74 yaşlı şəhər sakini Səməd Qasım oğlu Rəhimovu avtomobil vurub. İlkin məlumata əsasən, ona "Jiquli" markalı avtomobil tərəfindən ağır xəsarət yetirilib.. Faktla bağlı araşdırma aparılır.