Türkiyəli aktyora 6 il həbs cəzası verildi


Digərləri 02 Yan 2018 20:28:00 265 0

Türkiyəli aktyora 6 il həbs cəzası verildi

Narkotik bitkilər becərmək və ticarətini etmək cinayətindən saxlanılan aktyor Selim Erdoğana verilən cəza bəlli olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, aktyor 11 il 8 ay həbs cəzasına məhkum edilib. Erdoğanın həbsdə qaldığı günlər və davranışları nəzərə alınaraq cəzası 6 il 7 ay 20 günə endirilib.

Qeyd edək ki, həbs olunan Selim əvvəlcə narkotik istifadəçisi olduğunu desə də, satıcısı olduğunu daha sonra boynuna alıb.

Xatırladaq ki, Selim Erdoğan "Çiçek taksi" serialından Abuzər obrazı ilə tanınır.