Misirdə böyük terror aktının qarşısı alındı


Dünya 02 Yan 2018 20:11:00 226 0

Misirdə böyük terror aktının qarşısı alındı

Terrorçuların qizləndiyi mənzildə istifadəyə hazır 11 partlayıcı qurğu aşkarlanıb

Misir təhlükəsizlik qüvvələri bir qrup terrorçu tərəfindən hazırlanan böyük terror aktının qarşısı alıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə ölkənin daxili işlər nazirliyinin nümayəndəsi deyib. Belə ki, polis paytaxt Qahirənin yaxınlğında yerləşən yaşayış məntəqələrin birində partlayıcı maddələrin olduğu ambar barədə məlumat alıb. Daxili işlər nazirlyinin xüsusi təyyinatlı qüvvələri və minaaxtaranlar bir neçə saat ərzində döyüş sursatlarını zərərləşdirib. Terrorçuların qizləndiyi mənzildə istifadəyə hazır 11 partlayıcı qurğu və kustar üsullar hazırlamaq üçün istifadə oluna biləcək 65 kq maddə aşkarlanıb.