Tramp danışdı və daha bir ölkəni


Dünya 02 Yan 2018 20:16:00 257 0

Tramp danışdı və daha bir ölkəni

ABŞ-ın Pakistandakı səfiri Devid Heyl Xarici İşlər Nazirliyinə çağırılıb

ABŞ prezidenti Donald Trampın çıxışı daha bir beynəlxalq gərginliyə səbəb olub.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, .

Amerikalı diplomat XİN-ə yanvarın 1-i axşam saatlarında dəvət edilib. Ona, prezident Trampın bəyanatı ilə bağlı etiraz notası təqdim edilib.

Qeyd edək ki, Donald Tramp Pakistanı əfqan terrorçularına sığınacaq verməkdə ittiham edib. O, "Twitter"də yazdığı qeyddə son 15 ildə Pakistana 33 milyard dollarlıq kömək göstərildiyini bildirib: "Onlar isə bizə yalan və fırıldaqçılıqdan başqa heç nə verməyiblər, çünki liderlərimizi axmaq hesab ediblər. Onlar bizim izlədiyimiz terrorçulara sığınacaq verirlər. Daha bu kömək olmayacaq".