Yeni Zelandiya: sahildə olmaz, adada olar


Digərləri 02 Yan 2018 19:26:00 335 0

Yeni Zelandiya: sahildə olmaz, adada olar

Yeni ildə Yeni Zelandiya sahillərində içki içməyin qadağan edilməsinə bir neçə nəfər yaradıcı yaxınlaşıb.

Coromandel yarımadasının Tairua qəsəbəsində yaşayanlar sahildən daşıdıqları qumla dənizin ortasında bir ada düzəldib.

Adaya bir piknik masası və içkilər üçün buz dolu bir vedrə yerləşdirməyi bacaran qrup, Yeni ilə burada içərək girib.

"Bu çox yaradıcı bir ideyadır - əvvəldən bilsəydim, yəqin ki, mən də onlara qoşulardım", - yerli polis rəisi John Kelly deyib.