CVləri artıq robotlar seçəcək


Digərləri 02 Yan 2018 19:10:00 308 0

CVləri artıq robotlar seçəcək

"Hazırki iş dünyasında CV-lər artıq insan resursları mütəxəssisləri tərəfindən (HR) bir-bir dəyərləndirilmir. Süni zəka süzgəcindən keçən CV-lərin hədəflərinə çatması üçün detallı və doğru açar kəlmələrdən istifadə önəmlidir".

Son.az facemark.az-a istinadən bildirir ki, bu sözləri iş elanları saytı "Yenibirişin" Məhsul və Texnologiyaya üzrə məsul müdiri Eren Çamlıkaya deyir.

O, təsdiq edib ki, CV-lərə baxılmaması ilə bağlı deyilən fikirlərdə həqiqət payı var:

"Bu mövzuda artıq texnologiya ilə bərabər süni zəkaya əsaslanan qiymətləndirmə vasitələri mövcuddur. "Yenibiriş"də də biz ilin sonuna qədər CV-lərə baxılması zamanı qiymətləndirmə robotlarından istifadə edəcəyik".

E.Çamlıkaya deyib ki, məhz yeni texnologiyanın hesabına HR mütəxəssisləri CV -lərə bir-bir deyil, onlara təklif edilən qısa siyahı üzərindən seçim edəcəklər:

"Bu səbəbdən də namizədlər artıq insan gözü üçün qısa və asan qəbul ediln CV-lər əvəzinə, robotların filtrindən keçə bilən "CEO hədəfli" CV-lər hazırlamalıdırlar. Bu işaxtaranlar üçün ciddi bir dəyişiklikdir. Bunu xüsusən də tələbələrə hər fürsətdə bölüşməyə çalışırıq".