2018ci ilin ilk planeti kəşf olundu FOTO


Digərləri 02 Yan 2018 19:16:00 266 0

2018ci ilin ilk planeti kəşf olundu  FOTO

2018-ci ilin ilk planeti kəşf olundu. Son.az publika.az-a istinadən xəbər verir ki, amerikalı alimllər apardıqları araşdırmaların nəticəsini açıqlayıblar. Alimlər müşahidə zamanı "Kepler-22" adlandırılan panetdə su olduğunu aşkarlayıblar. Onların iddialarına görə, planetdə hazırda həyat olmasa da, həyat üçün zəruri olan elementlərdən biri - su mövcuddur. Amerikalı tədqiqatçıların fikrincə, "Kepler-22" planeti ətrafında yerləşən peyklərlə canlı mikroorqanizmlərin yaşayışı üçün əlverişli yerdədir. İlkin həyat simptomları üçün kifayət qədər şəraiti olan planetin "Günəş"ə yaxınlığı xüsusi diqqət doğurur. Alimlərin fikrincə, tam canlı orqanizmin təkamülü üçün mövcud şəraiti "Günəş"dən gələn yüksək temperatur sual altında qoyur. İstilik nəticəsində planetdə var olan suyun buxarlanmaması planeti daha dərindən tətdiq etməyə vadar edir. Xatırladaq ki, əslində "Kepler-22" palneti 2009-cu ildən aşkarlansa da, önəm verilməmişdi. Bu planet Yerdən 600 işıq ili uzaqlıqda yerləşir (1 işıq ili=10trilyon km). Planet ölçülərinə görə Yerdən 2.4 dəfə böyükdür. Ölçüsünün belə böyük olması səbəbi isə, "Kepler 22"-nin Neptun kimi qaz planeti və ya tamamilə okean ilə örtülü olmasıdır.


Xəbərə aid fotolar