Tərtərdə kabel oğrusu həbs edildi


Digərləri 02 Yan 2018 19:19:00 276 0

Tərtərdə kabel oğrusu həbs edildi

Tərtər rayonunda ötən il baş verəb oğurluğun üstü açılıb. Son.az teleqraf.com-a istinadən bildirir ki, ötən il Tərtər rayonunda bir neçə kəndin subartezian quyularının elektrik naqillərinin oğurlanması barədə rayon polis şöbəsinə ərizə ilə müraciət olunub. Məlumatla əlaqədar polis şöbəsində əməliyyat-axtarış qrupu yaradılıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Tərtər rayon sakini Xalid Tağıyev saxlanılıb. Araşdırmalarla onun aprel ayından etibarən rayonun 7 müxtəlif kəndindən 500 metr uzunluğunda elektrik naqilləri oğurladığı müəyyən edilib. Dindirilmə zamanı X.Tağıyev törətdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.