2018ci ildə rəqəmsal trendlər nələr olacaq? –


Digərləri 02 Yan 2018 19:20:00 274 0

2018ci ildə rəqəmsal trendlər nələr olacaq? –

Son.az facemark.az-a istinadən 2018-ci ilin trendləri olacaq sahələri müəyyən edib.

Həmin siyahını oxucularımıza təqdim edirik:

Fijital marketinq

Dünyada fijital marketinq təxminən 5 ildir ki, mövcuddur, amma ölkə bazarında bu trend çox güman ki, ya yoxdur, ya da bəzi şirkətlər bunu iş prosesində tətbiq edir. Qonşu ölkə Türkiyədə təxminən 3-4 ildir danışılan fijital marketinq konsepsiyası fiziki və rəqəmsal təcrübələri birləşdirərək ən dəqiq və ölçüləbilən üsula nail olmağa imkan verəcək.

Süni zəka

İndi bir çox sahədə xidmət etməyə başlayan proqram və maşınlar insanlar kimi yığdıqları məlumatları manipulyasiya edərək yeni şeylər öyrənirlər. Öyrənə bilən maşınlara nümunə kimi hər gün daxil olduğumuz "Facebook" sosial platformasını misal göstərmək olar. Proqram mütailə vərdişlərinizi, kimin profilində daha çox vaxt keçirdiyinizi, hansı qrup və səhifələrə şərh etdiyinizi daim yoxlayaraq nəsələr öyrənir. Gələcək illərdə "Facebook"da olduğu kimi öyrənməyə proqramlaşdırılmış proqramların sayı getdikdə artacaq. Bu proqramlar marketinq və rəqəmsal sektorlar daxil olmaq üzərə bir çox sektorun hədəf kütlələrini doğru müəyyən etməyə imkan verəcək.

Mesajlaşma tətbiqləri

MIRC (İnternet Relay Chat) ilə başlayan mesajlaşma ənənəsi son dövrlər "WhatsApp" ilə daha da inkişaf edir. Eyni zamanda, milyardlarla mesaj istifadəçidən istifadəçiyə ötürülür. Bu isə yeni mesajlaşma tətbiqlərinin yaranacağını və onların içərisində də reklamların artacağını göstərir.

"Live streaming" videolar

Kontent həmişə vacibdir, amma videolu kontent bundan daha da önəmlidir. Bütün media platformaları "live streaming"-i dəstəkləyən infrastruktura qayıtmaları ilə bərabər, "izlə və keç" konsepsiyası formalaşmağa başlayacaq. "Facebook"dan sonra "Twitter"in video kontentində düzəlişlər etməyi, həm istifadəçiləri, həm də böyük markaların video kontentli paylaşımlar etməsini sürətləndirəcək.

AR marketinq

"Augmented Reality" (Artırılmış Reallıq) son zamanlar yaranan və marketinq və reklam sektorunun populyar mövzularından biridir.