40 milyon insanı öldürən Çingiz xan haqqında bilmədiyiniz


Digərləri 02 Yan 2018 19:08:00 455 0

40 milyon insanı öldürən Çingiz xan haqqında bilmədiyiniz

1206-1227-ci illər ərzində monqol xalqının layiqli hökmdarı olan Çingiz xan 31 milyon kvadrat kilometrədək ərazi fəth edib. Tarixdəki heç bir sərkərdə bu rəqəmi yeniləyə bilməyib. Avropa və Asiyadan keçən qanlı yolunda saysız-hesabsız qurbanları olub. Ən qəddar fatehlərdən biri olan Çingiz xan buna baxmayaraq monqol mədəniyyətini təkmilləşdirib, xalqına dini azadlıq qaytarıb, eləcə də Şərq və Qərblə münasibətləri qaydasına qoyub.

Son.az publika.az-a istinadən xəbər verir ki,  bu tarixi şəxsiyyət haqda qaranlıq qalan bir sıra məqamlara aydınlıq gətirəcək.

1. Əsl adı

Monqolların "ən qüdrətli xanı" 1162-ci ildə Onon çayı sahillərində doğulub. Körpə doğulanda ona Temuçin yəni "dəmir kimi möhkəm" adı verilir. Çingiz xan adı isə ona 1206-cı ildə monqol tayfalarının lideri seçilərkən "qurultay"da verilir. Xan sözü bildiyimiz kimi "hökmdar", "yüksək rütbə" anlamına gəlir. Çingiz adının mənası isə, bəzi mənbələrdə "okean", digərlərində "haqq-ədalət" mənasını daşıyır.

2. Çətin uşaqlıq

Temuçin hələ kiçik yaşlarından həyatın acılarına qalanmış, doğulduğu quraqlıq ərazilərin çətinliyinə tab gətirmişdi. Cəmi 9 yaşında ikən tatarlar atasını zəhərləyib öldürür, bir müddət sonra isə birgə yaşadığı qəbilə onu anası və bacı-qardaşları ilə birgə alaçıqlarından qovurlar. Yalnız yaşamaq məcburiyyətində qalan ana və uşaqlarının güzəranı birə beş ağırlaşır. Balaca Temuçin tez-tez balıq ovuna gedirdi. Hətta bir dəfə yeməyini oğurladığı üçün ögey qardaşını amansızca öldürür. Yeniyetməlik dövründə isə özü və arvadı müxtəlif birləşmələr tərəfindən tez-tez qaçırılırdılar. Bir müddət əsir həyatı yaşayan Temuçin cəsarətini toplayıb, qaçır və azadlığına qovuşur. 1120-ci illərdə isə özünü cəsur döyüşçü, güclü sərkərdə kimi tanıda bilir.

3. Zahiri görünüş

Çingiz xan dünya tarixinin ən məşhur liderlərindən olsa da, mənbələrdə şəxsi həyatı haqqında məlumat çox azdır. Hətta bir heykəlinə, portretinə belə rast gəlmək mükün deyil. Lakin əlyazmalarda cüssəli, hündürboy, saqqalı kişi kimi təsvir olunur. XIV əsrdə yaşayan fars tarixçisi Rəşid əl-Dina onu kürən saçlı, yaşıl gözlü sərkərdə kimi tanıdır. Lakin bu fərziyyədir, axı tarixçi böyük hökmdarı heçvaxt görməmişdi. Nəzərə alsaq ki, monqollar arasında sarışın və kürən insanlara çox az rastlanır, əl-Dinanın əlyazmasındakı fakt bir daha ifşa olunur.

4. Keçmiş düşmən, bugünkü silahdaş

Qüdrətli xan istedadlı insanlara hər zaman dəyər verirdi, bacarıqlı döyüşçülərinin tərəqqisinə imkan yaradırdı. Buna misal olaraq tarixdə çox maraqlı məqam var. Belə ki, döyüşlərin birində düşmən ordunun əsgərinin atdığı ox Çingiz xanın sevimli atını öldürür, özünü isə ağır yaralayır.Möcüzə nəticəsində sərkərdə sağ qalır. Müharibədə qalib qələn monqol ordusu, düşmənləri əsir götürür. Çingiz xan əsirlərin qarşısına keçib, atını öldürüb, onu ağır yaralayan zərbənin müəllifinin kim olduğunu soruşür. Bir gənc cəsarətlə önə addımlayıb, "mən idim" deyir. Döyüşçünün bu cəsarəti xanı heyrətləndirir. Çingiz xan bu gəni öz ordusuna dəvət edir, adını isə "Cebe" yəni "oxatan" qoyur. Cebe tarixdə monqol ordusunun ən cəsur döyüşçüsü kimi qalır.


Xəbərə aid fotolar