Millimizdən imtina edən futbolçunun yeni klubu müəyyənləşib


İdman 02 Yan 2018 18:35:00 276 0

Millimizdən imtina edən futbolçunun yeni klubu müəyyənləşib

21 yaşadək futbolçulardan ibarət milli komandamızın sabiq üzvü Ozan Can Kökçünun yeni klubu rəsmən müəyyənləşib. Goal.az xəbər verir ki, 19 yaşlı futbolçu karyerasını yenidən Hollandiyada davam etdirəcək. Gənc futbolçu ölkənin ikinci liqasında mübarizə aparan "Valveyk" klubu ilə münasibətlərini rəsmiləşdirib. Kökçü "Valveyk"də icarə əsasında çıxış edəcək. "Bursaspor"a məxsus utbolçu yeni klubu ilə 1.5 illik anlaşma imzalayıb. Bir müddət öncə millimizdən imtina edən futbolçu "Bursaspor"a "Feyenoord"dan transfer olunmuşdu. Onun "yaşıl-timsahlar"la müqaviləsi 202-ci ilin yayına qədərdi.