"Roma"nın futbolçusu üzr istədi


İdman 02 Yan 2018 17:52:00 235 0

"Roma"nın futbolçusu üzr istədi

"Roma"nın yarımmüdafiəçisi Raca Naynqqolan Yeni il şənliyində etdiyi hərəkətlərə görə üzr istəyib. Goal.az xəbər verir ki, beçlikalı havbek bunları deyib:

"Baş verənlərə görə üzr istəyirəm. Dostlarımla əylənib Yeni ili qeyd etməyi sevirəm. Amma gecə həddi biraz aşdım. Təbii ki, pis nümunə olmaq istəməzdim. Buna görə sözlərim və davranışıma görə üzrxahlıq edirəm".

Naynqqolan Yeni ili qeyd edərkən sosial şəbəkədən etdiyi canlı yayımda içib, siqaret çəkməklə yanaşı qeyri-etik ifadələr də işlətmişdi.