Azərbaycanda 9 nəfərə qaraciyər, 81 nəfərə böyrək köçürülüb


Digərləri 02 Yan 2018 17:00:00 236 0

Azərbaycanda 9 nəfərə qaraciyər, 81 nəfərə böyrək köçürülüb

2017-ci ildə Azərbaycanda 9 nəfərə qaraciyər, 81 nəfərə böyrək köçürülüb, 79 xəstəyə endoprotezləşmə əməliyyatı aparılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib.

Şöbə müdiri qeyd edib ki, hazırda ölkəmizdə böyrək transplantasiyası əməliyyatı olunmuş 900-dən artıq insan var və dövlət onların dərman təminatını öz üzərinə götürüb.