İran DİN: "Ölkənin aksiyalar keçirilən əksər regionlarında vəziyyət normallaşıb


Dünya 02 Yan 2018 15:39:51 277 0

İran DİN: "Ölkənin aksiyalar keçirilən əksər regionlarında vəziyyət normallaşıb

"Etirazlar yaxın zamanda başa çatacaq"

İranda aksiyalar keçirilən əksər regionlarda vəziyyət normallaşıb. 

"Report" "Press TV"-yə istinadən xəbər verir ki, bu barədə İran daxili işlər nazirinin təhslükəsizlik məsələləri üzrə müavini Hüseyn Zülfiqari bəyanatla çıxış edib.

"Ölkənin aksiyalar keçirilən əksər regionlarında vəziyyət normallaşıb. 20 nəfərədək şəxsin həyatına son qoyan etirazlar yaxın zamanda başa çatacaq", - nazir müavini deyib.