Ötən il Suriyada 10 mindən çox dinc sakin həlak olub


Dünya 02 Yan 2018 15:18:00 219 0

Ötən il Suriyada 10 mindən çox dinc sakin həlak olub

Ötən il Suriyada işgəncələr, döyüşlər və hücumlar nəticəsində 10204 dinc sakin həlak olub.

Son.az Report-a istinadən xəbər verir ki, bu barədə Suriyanın Hüquq Müdafiə Təşkilatının (SNHR) məruzəsində bildirilir.

Qeyd edilir ki, ölənlərdən 2298-i uşaqlar, 1536 nəfəri qadınlardır.

Ötən il 4148 dinc sakin Bəşşar Əsəd rejiminin qurbanı olub. Onlardan 591 nəfəri qadınlar, 754-ü uşaqlardır. Daha 316 dinc sakin Terrorçu PKK-nın Suriya qolu olan PYD-nin qurbanlarına çevrilib. Onlar arasında 54 qadın, 58 uşaq da var.