Hesablama Palatası: "Şahdağ"Turizm Mərkəzi qiymət siyasətinə yenidən baxmalıdır


Digərləri 02 Yan 2018 14:48:00 279 0

Hesablama Palatası: "Şahdağ"Turizm Mərkəzi qiymət siyasətinə yenidən baxmalıdır

Hesablama Palatası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan "Şahdağ" Turizm Mərkəzi QSC-yə mövcud resurslardan səmərəli istifadə olunmasını, əsas fəaliyyətdən olan gəlirlərin artırılmasını, xərclərin azaldılmasını və optimallaşdırılması istiqamətində müvafiq tədbirlər görülməsini təklif edib.

Son.az bildirir ki, bu barədə report-a palatasdan məlumat verilib. 

Bundan başqa, dövlət büdcəsindən mərkəzin maliyyə-təsərrüfat fəaliyyətinin nəticəsi üzrə yaranan zərərin örtülməsi məqsədi ilə verilən subsidiyanın ünvanlı istifadəsi və müəyyən olunan təyinat üzrə xərclənməsinə cari nəzarətin təmin olunması məqsədilə kassa icrasının xəzinədarlıq vasitəsi ilə həyata keçirilməsi tövsiyyə olunub.

Palatadan bildirilib ki, vəsaitdən istifadənin səmərəliliyinin daha da artırılması məqsədi ilə satın alınan malların, işlərin və xidmətlərin ehtimal olunan qiymətinin orta bazar qiymətinə uyğunluğuna nəzarət artırılmalıdır. Ərzaq məhsullarının baha qiymətə alınması, tələbatdan artıq tədarük edilməsi, silinməsi, uçotun qeyri-qənaətbəxş aparılması və daxili istehlaka yönəldilməsi göstərilən iaşə xidmətlərinin maya dəyəri üzrə çəkilən xərclərin əldə olunan gəlirlərin məbləğindən yüksək olmasına səbəb olması kimi hallar nəzərə alınmalıdır.