Ronaldo: "Bu anı həmişə yanımda olan ailəmə həsr edirəm"


İdman 02 Yan 2018 14:12:00 307 0

Ronaldo: "Bu anı həmişə yanımda olan ailəmə həsr edirəm"

"Real" və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo 2017-ci il barədə danışıb. Goal.az xəbər verir ki, ulduz futbolçu "As" nəşrinə açıqlamasında bunları deyib:

"2017-ci il bir çox aspektdən inanılmaz oldu. Mən gözəl hisslərlə geriyə baxıb nəyə nail olduqlarımı xatırlayıram. Mənə istedad bəxş olunmuşdu və bunu tam reallaşdırmaq üçün gərgin çalışdım. Amma mənə peşəkar formada kömək edən insanlar olmasaydı, bunları edə bilməzdim. Bu anı həmişə yanımda olan ailəmə həsr edirəm. Eləcə də kiçik yaşlarımdan mənə inanan dostlarıma, oynadığım komandaların məşqçi və futbolçularına təşəkkür edirəm. Azarkeşlərinə dəstəkləri və verdiyi ruha görə xüsusi minnətdarlıq bildirirəm. Onlar sınaqlarla üzləşəndə var gücümlə çalışmağıma təkan verir".