Bayram günlərində yol qəzaları 4 can aldı


Digərləri 02 Yan 2018 13:05:00 230 0

Bayram günlərində yol qəzaları 4 can aldı

Bayram günlərində 12 yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, dekabrın 31-də respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Yanvarın 1-də isə respublikanın avtomobil yollarında baş verən 5 yol-nəqliyyat hadisələrində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.