Sabah qar yağacaq, şaxta olacaq


Digərləri 02 Yan 2018 13:01:00 236 0

Sabah qar yağacaq, şaxta olacaq

Yanvarın 3-də Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb.

Bakı. Yanvarın 3-də Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-9° isti təşkil edəcək.