Rusiyanın Ehtiyat Fondu ləğv olunub


İqtisadiyyat 02 Yan 2018 12:27:06 276 0

Rusiyanın Ehtiyat Fondu ləğv olunub

Neft-qaz satışından əlavə gəlirlər Milli Rifah Fondunda toplanacaq

Rusiyanın Ehtiyat Fondu Milli Rifah Fonduna birləşdirilib. 

"Report" "Vedomosti" qəzetinə istinadən xəbər verir ki, bununla bağlı qərar 2018-ci il yanvar ayının 1-dən qüvvəyə minib. 

Ölkənin "Büdcə haqqında" qanunun yeni müddəalarına görə, bundan sonra büdcənin neft-qaz satışından əldə edilən əlavə gəlirləri Milli Rfah Fondunda toplanacaq.

Qeyd edək ki, ehtiyat və milli rifah fondları 2008-ci ildə Sabitləşdirmə Fondunun bazasında yaradılıb. Dövlət büdcəsinin gəlirlərinin kəskin azalması durumunda, Ehtiyat Fondu büdcə kəsirinin maliyyələşdirilməsi mənbəyi rolunu oynayacaqdı. Milli Rifah Fondu isə pensiya təminatı mexanizminin bir hissəsi kimi yaradılıb.