"Manchester United" özünə məxsus rekordu yenilədi


İdman 02 Yan 2018 12:13:00 264 0

"Manchester United" özünə məxsus rekordu yenilədi

İngiltərə Premyer Liqasının 22-ci turunda "Everton"u məğlub edən (2:0) "Manchester United" 3 oyunluq heç-heçə seriyasını qırıb. Goal.az xəbər verir ki, İngiltərə çempionatı Premyer Liqa adlanandan "United" 35-ci dəfə Liverpul klubuna qalib gəlib. Bu, turnirdə bir rəqib üzərində qazanılan ən çox qələbədir. Əvvəlki rekord da "qırmızı şeytanlar"a məxsus idi. "Manchester United" "Aston Villa"nı 34 dəfə məğlub etmişdi.

Qeyd edək ki, "manikunianlar" Pol Poqbanın meydana çıxdığı son 34 oyunda məğlub olmayıb. Sonuncu yenilgi "Chelsea" ilə oyuna təsadüf edir (23.10.2016, 0:4). Poqbanın həmin vaxtdan oynadığı görüşlərdə komanda 21 qələbə qazanıb, 13 dəfə heç-heçə edib.