Gəlin öz toyunda doğdu FOTO


Dünya 02 Yan 2018 11:18:00 298 0

Gəlin öz toyunda doğdu  FOTO

Gəlin toyunda rəqs edən zaman sancılanıb

Hamilə gəlin toyunda rəqs edən zaman sancılanıb, xəstəxanaya çatdırılaraq orada doğub.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərədə gəlin toy günü doğub.

İngiltərənin Midlands qraflığında yaşayan 19 yaşlı Dannie Mountford ailə quranda 36 həftə 2 günlük hamilə olub. O, toy günü rəqs edərkən sancılanıb. Ayaqyoluna gedən qadın doğduğunu anlayıb və taksi ilə xəstəxanaya çatdırılıb.

Karlla ailə quran Dannie qızına Jasmin adını verib.


Xəbərə aid fotolar