Azərbaycan İİVə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır


Digərləri 02 Yan 2018 10:04:00 284 0

Azərbaycan İİVə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır

Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib.

G.Poladov qeyd edib ki, "2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı"nın uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan hazırda immun çatışmazlığı vurusuna yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır:

"Qeyd edək ki, ölkəmizdə İİV-ə yoluxmuş hamilə qadınların 96 faizi antiretrovirus müalicəsinə cəlb olunub. Nəticədə dünya statistikasında virusun anadan uşağa ötürülməsi 5-11 faizdirsə, Azərbaycanda bu göstərici 1,8 faizdir".