Qısqanc ər 22 yaşlı həyat yoldaşını bıçaqladı


Digərləri 02 Yan 2018 09:22:00 241 0

Qısqanc ər 22 yaşlı həyat yoldaşını bıçaqladı

Ötən gün axşam saatlarında Neftçala rayonunun Xəzərkənd kəndində bıçaqlanma hadisəsi baş verib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, kənd sakini, 22 yaşlı Aysel Həmidova ağır bıçaq xəsarətləri ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralının vəziyyəti ağır olduğundan hazırda onun üzərində cərrahiyyə əməliyyatı aparılır.

Gənc qadının 23 yaşlı həyat yoldaşı Emin Tapdıq oğlu Əliyev hadisəni törətməkdə şübhəli bilindiyi üçün polis tərəfindən saxlanılıb.