Azərbaycanlı bacılar çəkiliş zamanı İlyas Yalçıntaşı TƏƏCCÜBLƏNDİRDİ:


Şou-biznes 01 Yan 2018 23:48:00 262 0

Azərbaycanlı bacılar çəkiliş zamanı İlyas Yalçıntaşı TƏƏCCÜBLƏNDİRDİ:

Azərbaycana son zamanlar tez-tez gələn türkiyəli sənətçilər sırasına İlyas Yalçıntaşın da adını əlavə etmək olar.

Son.az xəbər verir ki, Atv telekanalında "Məlahətli söhbətlər"in 2018-ci ilin ilk efirində qonaq olan türkiyəli ulduz, verlişin əvvəlindən sonuna qədər eynəyini gözündən çıxartmaması ilə diqqət çəkib.

Verlişin aparıcısı Məlahət Abbasova bayram təbriki üçün xalq artisti Gülyaz Məmmədovanı dəvət edib. Xalq artisti ifasını və təbriklərini bildirdikdən bir qədər sonra, onu efirdə bacısı Gülyanaq Məmmədova əvəz edib.

Gülyanağı görən İlyas: "Xoş gəldiniz. Mən sizi az öncə gördüm, təkrar gəldiniz zənn etdim. Demək siz bacısınız. Amma çox bənzəyir. Dedim, nə tez saçının düzümün, əlbisəsini dəyişdi gəldi. Onu düşünürəm. Çox bənzəyirsiniz. Görəndə şok oldum. Dedim nə tez getdi, gəldi?!", - sözləri ilə reaksiya verib.

Xalq artisti Gülyanaq Məmmədova türkiyəli gənc ulduzun sözlərinə: "Mən elə bildim oxşamırıq, deməli oxşayırıq. O məndən böyük. Buna baxmayaraq hammı bizi əkiz bilir", - fikirlərini səsləndirib.


Xəbərə aid fotolar