Bayram günü aldığınız artıq çəkidən 3 günə xilas olun


Digərləri 01 Yan 2018 23:23:00 311 0

Bayram günü aldığınız artıq çəkidən 3 günə xilas olun

Yeni il gecəsi yəqin ki, çoxları pəhriz qaydalarına əməl etmir. Bayram gecəsindən sonra alınan artıq çəkini atmağı hamı arzulayır.

Son.az axşam.az-a istinadən 2 gün edəcəyiniz pəhriz təqdim edir: Birinci gün - Səhər: Yuxudan oyanan kimi 1 stəkan limonlu su için. Bir az keçdikdən sonra meyvə salatı yeyin.  Günorta: 1 dilim buğda çörəyi, 1 stəkan şəkərsiz limonat. Axşam: Meyvə salatı və limonat. Gün ərzində bitki çayları için. İkinci gün - Səhər  1 stəkan yaşıl çay, göyərti, 5 ədəd badam, kök. Günorta: 2 ədəd soyutma yumurta, soyutma ispanaq. Axşam: 200 qram toyuq filesi, tərəvəz salatı. Gün ərzində ən az 2 litr su içməlisiniz.  Üçüncü gün - Səhər  1 ədəd yaşıl alma, 2 dilim ananas, şəkərsiz limonat. Günorta: Dotoks şorbası (Tərəvəzlərlə hazırlanır. Duz əvəzinə ədviyyat vurun) Axşam: Axşam da detoks şorbası için. Yaşıl çayı unutmayın.