Erməninin öldürdüyü beş azərbaycanlı gənc


Digərləri 01 Yan 2018 23:27:00 283 0

Erməninin öldürdüyü beş azərbaycanlı gənc

Gürcüstanın paytaxtı Tiflisdə yol-qəza hadisəsi nəticəsində həlak olan 5 azərbaycanlı gənc bu gün Sadaxlı kəndində torpağa tapşırılıb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, dəfn mərasimində Sadaxlı, eləcə də ətraf kəndlərin sakinləri, Azərbaycanın Gürcüstandakı səfirliyinin ikinci katibi Fəxri Hacıyev və digər şəxslər iştirak ediblər.

F. Hacıyev Azərbaycan hökuməti adından həlak olanların ailələrinə başsağlığı verib, səbr diləyib.

Xatırladaq ki, dekabrın 31-də Yeni ili qeyd etmək üçün Tiflisə gedən Sadaxlı kənd sakinlərinin olduğu "Lada" markalı avtomobil Rusiyadan Ermənistana gedən "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə "Lada"dakı sürücü və sərnişinlərin hamısı dünyasını dəyişib. "Mercedes"də olanlar isə ciddi xəsarət almayıblar. Dünyasını dəyişən 21 yaşlı azərbaycanlılar vaxtı ilə eyni sinifdə oxuyublar.


Xəbərə aid fotolar