Bərdə sakini həmyerlisi tərəfindən döyülüb


Sosial 01 Yan 2018 22:40:33 262 0

Bərdə sakini həmyerlisi tərəfindən döyülüb

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

Bərdə rayonunda döyülmə hadisəsi baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, rayon sakini, 1987-ci il təvəllüdlü Şahbazov Sənan Əli oğlu həmyerlisi tərəfindən döyülüb.

Ağır bədən xəsarətləri alan yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.