Qanunvericiliyimizdə "milliyyət" sözü yığışdırıldı


Siyasət 01 Yan 2018 22:21:00 295 0

Qanunvericiliyimizdə "milliyyət" sözü yığışdırıldı

Ümumi seçki hüququ maddəsinə dəyişiklik edilib

Seçki Məcəlləsinin 3-cü maddəsinə (Ümumi seçki hüququ) dəyişiklik edilib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, dəyişikliyə əsasən 3-cü maddədə "milliyyətindən" sözü "etnik mənsubiyyətindən" sözləri ilə əvəz edilib. Mövcud variantda deyilir ki, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ var.

Təklif olunan variantda deyilir ki, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ var.

Qeyd edək ki, dəyişiklik Milli Məclisin dekabrın 15-də keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin