Şamaxı sakini traktordan yıxılıb yaralandı


Digərləri 01 Yan 2018 21:44:00 238 0

Şamaxı sakini traktordan yıxılıb yaralandı

Şamaxı sakini traktordan yıxılaraq xəsarət alıb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə rayonun Məlikçobanı kəndində qeydə alınıb. Kənd sakini 1947-ci il təvəllüdlü Eynulla Qanbay oğlu Allahyarov özünə məxsus traktorun yük yerində olarkən yıxılıb. O, yaxınları tərəfindən Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirilib. Yaralının vəziyyəti kafidir.