Şirkətin dəyəri nədir və səhmin qiymətini kim müəyyən edir?


Digərləri 01 Yan 2018 21:20:00 357 0

Şirkətin dəyəri nədir və səhmin qiymətini kim müəyyən edir?

Şirkətin ümumi dəyəri onun bazar kapitallaşmasıdır və şirkətin səhm qiyməti ilə müəyyən edilir. Şirkətin bazar dəyərini hesablamaq üçün səhm qiymətini səhmlərin sayına vurmaq lazımdır.

Məsələn, Microsoft-un bir səhmi 72.49 dollara ticarət olunur və səhmlərinin sayı 7.7 milyarddır.

Son.az moneta.az-a istinadən bildirir ki, buna görə də, şirkətin dəyəri 72,49 x 7,7 milyard = 558,173 milyard dollardır. Əgər biz bir addım da irəli getsək görərik ki, bir səhminin qiyməti 167,41 dollar və 2,37 milyard səhmləri olan Facebook-un dəyəri (bazar dəyəri=396,762 milyard dollar) Microsoft-dan aşağıdır. Beləliklə, səhm qiyməti şirkətin dəyərinə nisbi və  proporsionaldır və ancaq bazar dəyərində müəyyən zaman kəsiyində faiz dəyişikliyini təmsil edir. Səhm qiymətində hər hansı faiz dəyişikliyi şirkətin dəyərində bərabər faiz dəyişikliyinə gətirib çıxaracaq. Bu səbəbdən dolayı investorlar səhm qiymətlərinə önəm verirlər və səhm qiymətinin adicə 0,10 dollar düşməyi 1 milyon səhmləri olan səhmdarlar üçün 100 000 dollar itirmək deməkdir.

Növbəti məntiqi sual: Kim səhmin qiymətini müəyyən edir və necə hesablanır? Sadə dillə desək, şirkətin səhm qiyməti şirkət ictimaiyyətə təqdim olunan zaman (ilkin kütləvi yerləşdirmə - İPO) hesablanır. Şirkət bunun üçün investisiya bankına böyük miqdarda pul ödəyir. Bunun qarşılığında investisiya bankı mürəkkəb formulalardan və hesablama texnikalarından istifadə edərək ictimaiyyətə təqdim olunacaq səhm sayını, səhm qiymətini və şirkətin ümumi dəyərini müəyyən edir.