Nəyə görə uğurlu insanların məsləhətini dinləməyə dəyməz?


Digərləri 01 Yan 2018 21:10:00 283 0

Nəyə görə uğurlu insanların məsləhətini dinləməyə dəyməz?

Təsəvvür edin ki, inanılmaz uğur qazanmış biznesmen, məsələn Mark Zükerberg və ya müflis olmuş bir şəxs eyni anda sizə məsləhət verir. Hansının məsləhətinə qulaq asarsınız? Aydın məsələdir ki, Zükerbergin! Ondan başqa kim düzgün strategiyadan danışsın axı...

Yaradıcı insansınızsa kimi dinlərsiniz - Stiven Spilbergi və yaxud çox az insanın tanıdığı uğursuz bir aktyoru? Əlbəttə ki, birincini. Bu nə sualdır?! deyərsiniz.

Son.az banker.az-a istinadən bildirir ki, uzun ömürlülüyün sirləri barədə isə 100 yaşına qədər yaşamış insanlardan soruşarsınız. Aydın məsələdir. Və siz hər birində səhv fikirdəsiniz!

Yazıçı David McRaney ilə bunun səbəbini izah edəcəyik.

Hər şeyi Brad Pitt nümunəsində izah edək. Təsəvvür edin ki, gənc, yaraşıqlı və ambisiyalı Brad Pitt Hollywooda köçdükdə onunla birgə təqribən yüzlərlə gənc ambisiyalı yaraşıqlı oğlanlar da buraya gəlmişdi. Ola bilsin ki, onların bəziləri daha yaraşıqlı, ambisiyalı, istedadlı və daha yaxşı əlaqələrə sahib idilər. Lakin yüzlərlə olan bu gənclərin içərisindən yalnızca Pitt şöhrətə nail oldu. Əsas ziddiyyət buradadır:  O, necə onun kimi uğurlu olmağın mümkün olduğunu və uğursuzluqdan necə qaçmaq lazım olduğunu izah edə bilməyəcək. Çünki onun bütün qərarları son nəticədə düzgün olub. Düzgün qərarlardan necə qaçmağı isə sizə yalnızca uğursuzluğa düçar olmuş həmin o yüzlərlə gənc izah edə bilər.

İndi isə düşünün: hər bir sahədə belə bir Brad Pitt var. Hər kəs möhtəşəm uğura nail olmuş bu şəxsdən məsləhət almaq, uğurunun sirrini öyrənmək istəyər. Uğurun sirrini isə əslində, onlar yox, nə vaxtsa hər hansısa qərarı düzgün verə bilməyən şəxs izah edə bilər.

Yalnız qaliblərin məlumatlarının nəzərə alındığı, uduzanların diqqətin ayrılmadığım bu vəziyyət "sağ qalanın sistematik səhvi" adlanır.

Fenomenin mahiyyəti nədən ibarətdir?

Bu fenomen İkinci dünya müharibəsi zamanı, ABŞ müharibədən dönən bombardmançı sayını artırmağa çalışdıqda peyda oldu. Geri dönən "sağ" təyyarələrlə aparılan araşdırma zamanı məlum olur ki, onların hamısı əsas olaraq qanadlar və gövdənin alt hissəsində mərkəzdən vurulub. Həmin hissəyə daha çox zireh əlavə etməyə qərar verilir. Məntiqlidir, elə deuilmi?