Bayramda təcili tibbi yardım stansiyasına


Digərləri 01 Yan 2018 20:54:00 391 0

Bayramda təcili tibbi yardım stansiyasına

Bayram günü təkcə Bakı ərazisində təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına 2300-ə qədər müraciət daxil olub. Stansiyadan bildirirlər ki, ötən illərlə müqayisədə bu il təcili tibbi yardım üçün xeyli az müracət olub. Spirtli içki ilə bağlı ciddi bir zəhərlənmə faktı isə qeydə alınmayıb. Lakin Sumqayıtda pirotexnika vasitələrdən istifadə edən 3 nəfər xəsarət alıb. Onlardan birinin 2 barmağı amputasiya olunub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, ötən gün təcili yardım qrupları Bakı ərazisində 2300 dəfə çağırışa çıxıblar. Xoşbəxtlikdən ciddi xoşagəlməz hadisə qeydə alınmayıb. Bakı şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının baş həkimin müavininin sözlərinə görə, bu il müraciətlərin az olmasının səbəbi insanların bayramla əlaqədar olaraq bölgələrə üz tutmasıdı. Lakin yollarda da baş verə biləcək hər hansı bədbəxt hadisə zamanı ilkin tibbi yardım üçün Bakıdan rayonlara çıxışlarda təcili və təxirə salınmaz tibbi yardım postları qurulub. Bayram tətili bitənə kimi təcili tibbi yardım xidmətinin əməkdaşları güclənidirilmiş iş rejimində işləyəcək. Sumqayıtda isə protexniki vaistələrdən istifadə ağır nəticələrə yol açıb. 3 nəfər xəsarət alıb, onlardan birinin iki barmağı amputasiya olunub. Hazırda xəsarət alanlar həkim nəzarəti altındadır.Vəziyyətləri yaxşı kimi qiymətləndirilir.


Xəbərə aid video