Türkiyədə İran avtobusu aşdı: 18 yaralı


Dünya 01 Yan 2018 20:02:00 278 0

Türkiyədə İran avtobusu aşdı: 18 yaralı

Türkiyənin Ərzurum-Ərzincan avtomobil yolunda İran dövlət nömrə nişanlı sərnişin avtobusunun aşması nəticəsində 18 nəfər yaralanıb. Avtobus yuvarlanaraq yoldan kənara düşüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Aşqala-İspir dörd yol ayrıcında baş verən qəzaya səbəb yolun sürüşkən olmasıdır. Yaralılar xəstəxanalara yerləşdirilib.