“Deja vu”nun səbəbi nədir?


Digərləri 01 Yan 2018 18:50:00 251 0

“Deja vu”nun səbəbi nədir?

Bu tamamilə yeni bir təcrübə olmasına baxmayaraq otağa girdiyiniz zaman anidən beyniniz dərin bir tanışlıq dalğası ilə bulanıqlaşır. Elmi-futuristik bir səhnəyə daxil olmuşsunuz kimi sanki gələcəyə daxil olmuşunuz kimidir bu. Şanslısınız ki, bu vəziyyəti həyatınız boyunca "deja vu" adı altında yaşadınız. Deja vu (fransızca "görülmüş olan") insanların təxminən 60-80%-ində görülür; bu fenomen demək olar ki, hər zaman çox qısa müddət davam edir və hər an ortaya çıxa bilir. Geniş və əhatəli araşdırmalara baxmayaraq hələ də elmi ictimaiyyət tərəfindən deja vu partlaması yanlış anlaşılır.

Son.az yasilelm.com-a istinadən bildirir ki, Texas A&M Tibb Elmləri Mərkəzi və Tibb Fakultəsi, Nevroelm və Eksperimental Terapevtiklər Departamentində Dosent (Assistant professor in the Department of Neuroscience and Experimental Therapeutics, at the Texas A&M Health Science Center College of Medicine) olaraq çalışan Mişel Huk deja vu haqqında danışarkən "Deja vu təcrübəsini yaradan aşkar diaqnoz qoyula bilən bir stimul olmadığı üçün (bu bir şəxsin retrospektiv hesabatıdır) deja vu-nu laboratoriyada analiz etmək çox qəlizdir" - deyə bildirir.

Beyində axsaqlıq? Huk deyir ki, bir çox araşdırmalara görə təxminən insanların üçdə ikisi həyatında ən azı bir deja vu halı təcrübə edir. O həmçinin bildirir ki, yaddaş depolarının mexanizmini anlamaq niyə bəzi insanların daha çox epizod yaşaması sualının cavabına işıq tuta bilər.

Deja vu hadisələri yaddaşın beynin içində necə saxlandığı ilə yaxından əlaqəlidir. Uzun müddətli xatirələrin, hadisələrin və faktların saxlanılması beynin temporal loblarında baş verir və temporal lobların bəzi spesifik hissələri eyni zamanda aşinalıq müəyyənləşdirilməsi və bəzi hadisələrin tanınması üçün əvəzolunmaz bir ünsürdür. Çıxarış: Temporal lob xatirələrinizi yaratdığınız yerdə saxlayır.

Deja vunun temporal lob ilə əlaqəsi və yaddaş saxlanması hələ də nisbətən bilinməməklə bərabər, hadisə ilə əlaqəli işarələr temporal lob epilepsiyasından əziyyət çəkən insanlardan (beyindəki sinir hüceyrələrinin iş rejiminin pozulması - qıcolmalar keçirilən vəziyyətlərdən) əldə edilmişdir. Əldə edilən əlamətlər deja vu hadisəsinin beynin elektrik axımındakı pozulmalardan əmələ gələ biləcəyini düşündürməkdədir.

Epileptik qıcolmalar beyindəki funksiya pozğunluğu ilə (sinir hüceyrəsi) "alov" neyronlarının elektrik siqnallarını pozan fəaliyyəti ilə xarakterizə olunur. Bu stimullar beyin mənşəli qıcolmalara səbəb ola bilir. Dr Huk açıqlamalarında Leeds Universitetindəki elm adamları tərəfindən Epilepsiya tədqiqat və müalicəsində nəşr olunan klinik hesabatlar, temporal lob epilepsiyasından əziyyət çəkən xəstələrdə, demək olar ki, epileptik qıcolma hadisəsindən əvvəl bir növ siqnal olaraq dejavu yaşandığını bildirir. Bəs epilepsiyası olmayan sağlam insanlarda deja vu- nun səbəbi nədir?

Bəzi elm adamları bu vəziyyəti beyində "axsaqlıq" olaraq adlandırırlar - tanıma və aşinalıq işlərini icra edən neyronlar beynin keçmişinə görə indi xəta etməsinə səbəb ola bilirlər. Əslində epilepsiyaya səbəb olan o anormal elektrik siqnalları sağlam insanlarda da görülə bilər. Buna bir örnək olaraq hipponogogik sarsıntını (bir insan yuxuda ikən baş verən qeyri-ixtiyari əzələ spazmı) göstərmək olar.