Şimpanze və insan arasında olan


Digərləri 01 Yan 2018 18:10:00 364 0

Şimpanze və insan arasında olan

Şimpanzelər bizim mövcud olan ən yaxın qohumlarımızdır, buna baxmayaraq Çarlz Darvin 1859-cu ildə onlar haqqında yazana və onları məhşurlaşdırana qədər dünyanın əksər hissəsi onlardan bixəbər idi. Onlar haqqında bilgilərin çoxu son zamanlar meydana çıxıb və fantastik əsərlərdə istifadə olunan şişirtmələr və bədii mübaliğələrə görə yanlış təsəvvürlər çoxluq təşkil edir.

Buna baxmayaraq bizim bənzərliklərimiz və fərqlərimiz insanların çoxunun düşündüyü kimi deyil. Qohumlarımız haqqında öyrənərək özümüzü daha yaxşı anlaya bilərik.

Növlərin sayı Son.az yasilelm.com-a istinadən bildirir ki, şimpanzeləri çox vaxt səhvən "meymun" adlandırırlar, lakin onlar əslində bizim kimi Böyük İnsanabənzərlər olub Hominini tribasına aiddirlər. Digər Böyük İnsanabənzərlər oranqutan və qorillalardır. İnsan növlərindən yalnız biri hal-hazırda mövcuddur: bu, homo sapiensdir və yarımnövü homo sapiens sapiens. Keçmişdə bir çox alim insanın bir neçə növü olması barədə məsələ qaldırmağa çalışırdılar və hər zaman əlavə etməyə tələsirdilər ki, onlar özləri "ali" növə daxildirlər. Buna baxmayaraq bütün insanlar nəsil artıra bilən övladlar dünyaya gətirirlər və cütləşə bilirlər, yəni hamımız eyni növük. Şimpanzelərin aid olduğu cins faktiki olaraq iki növə malikdir: pan troglodytes - adi şimpanze və pan paniscus - kiçik şimpanze və ya bonobo. Şimpanzelərin isə 3 yarımnövü mövcuddur: P .t. verus, P. t. ellioti  və Ekvatorial Afrikada yaşayan ənənəvi morfoloji yarımnövlərlə birlikdə 3 populyasiya. Pan cinsinə aid növlər tamamilə fərqlidir, Şimpanze yarımnövləri isə bir-birlərindən ciddi şəkildə fərqlənirlər. İnsanlar və hər iki Pan növü beş və yeddi milyon il əvvəl ortaq əcdaddan, böyük ehtimalla, sahelanthropus tchadensisdən təkamül etmişlər. Bu əcdadın yalnız fosilləri mövcuddur.

DNT Çox zaman qeyd olunur ki, insan və şimpanzelər 98.8% homoloq gen paylaşırlar. Genetik müqayisə yalnız gen təkrarlamalarının və mutasiyaların təbiətilə əlaqədar deyil, daha dəqiq nisbət təxminən 85-99% arasındadır. Nisbət fərqliliyi analizlərin metodlarına görə dəyişir. Lakin bütün canlılara hər hansı bir metodu tətbiq edib nəticələri ölçsək, yenə də şimpanzelərin genetik olaraq bizə ən yaxın qohum olduğunu görəcəyik. 99%-lik nisbət nəticəli müqayisə nöqtəvi mutasiya kimi mutativ dəyişmələri çıxdaş edib gen funksiyalarının bənzərliyi və homoloq genlərin strukturu göz önünə alınaraq edilir. Şimpanzelər insandan iki ədəd artıq - 48 xromosoma malikdirlər. Belə hesab olunur ki, bu, Roberston yerdəyişmə mutasiyası nəticəsində insan əcdadında iki cüt xromosomun bir cütdə birləşməsi ilə əlaqədardır. Maraqlıdır ki, insanlar bütün heyvanlarla müqayisədə en az genetik variantlara malikdir, buna görə də yaxın qohumlarla nəsil artırma genetik problemlerə səbəb ola bilir. Hətta iki, tamamilə qohum olmayan insan bacı-qardaş olan iki şimpanze ile müqayisədə genetik olaraq daha oxşardır.

Beyin ölçüsü Orta hesabla şimpanzenin beyni 370 mL-dir. Əksinə, insan beyni isə ortalama 1350 mL-ə bərabərdir. Beyin ölçüsü təklikdə intellektin göstəricisi deyil. Nobel mükafatçıları arasında beyin ölçüsü 900 mL-dən 2000 mL-dək olan insanlar vardır. Beynin müxtəlif hissələrinin strukturu və quruluşu intellekti müəyyənləşdirmək üçün daha yaxşı yoldur.  İnsan  beyni böyük səth sahəsinə malikdir, çünki insan beyni şimpanze beyninə nisbətən daha qırışlıdır və hissələri arasında daha çox sayda əlaqələr var. Bu və həmçinin nisbətən geniş alın hissə bizə daha çox abstarkt və məntiqli düşünmək üstünlüyünü verir.

Sosiallıq Şimpanzelər vaxtlarının çoxunu sosiallaşmaqla keçirirlər. Onların sosiallaşmasının mühüm hissəsi bir-birinin qayğısına qalmaqdan ibarətdir. Gənc və yeniyetmə şimpanzelər bir-birilə oynayır, qaçır ve qıdıqlayırlar, böyüklər də eyni hərəkətləri balaları ilə edir. Məhəbbəti ifadə etmə özünü qucaqlaşmaq və öpüşməklə büruzə verir, bunu istənilən yaşda və cinsdə olan şimpanzelər edirlər. Bonobolar daha şən və oynaqdırlar və hansı cinsdə olmasından asılı olmayaraq, hər zaman sevgini cazibədarlıqla ifadə edirlər. Şimpanzelər bir-birinin qayğısına qalmağa böyük vaxt sərf etməklə dostluqlarını möhkəmləndirirlər. İnsanlar sosiallaşmaq üçün qayğı çəkməkdən çox nitqdən istifadə edirlər. Buna baxmayaraq əhəmiyyətsiz söhbətlərimizin böyük qismi şimpanzelərin bir-birinin qayğısına qalmasının başqa variantıdır - lakin bu, qohumluq əlaqələrini möhkəmləndirməkdən daha fərqli məqsədə xidmət edir. İnsanlar həmçinin fiziki təmas - kürəyinə yüngülcə vurmaq, qucaqlamaq və ya dostcasına itələmək - vasitəsilə güclü münasibətlər ifadə edirlər. Primatların sosial qruplarının ölçüləri onların beyin ölçülərini əks etdirir. Şimpanzelərin təxminən 50-yə yaxın dostu və tanışı olur, insanlarda isə bu rəqəm 150 və 200-dür.

Dil və üz ifadələri Şimpanzelər onların sosial statusundan asılı olan mürəkkəb salamlaşma və əlaqə yaratma qabiliyyətinə malikdirlər. Onlar qışqırmaq, xortuldamaq, təngnəfəslik etmək, çığırmaq və digər səs ifadələrindən istifadə etməklə sözlü əlaqələr yaradırlar. Onların əlaqəsinin mühüm hissəsi daha çox jestlər və üz ifadələri vasitəsilə həyata keçirilir. Şimpanzelərin üz ifadələrinin çoxu - təəccüblü, gülümsəyən, yalvarıcı, təsəlli edici ifadələr  insanlarda olduğu kimidir. Buna baxmayaraq insanların dişini göstərməklə gülümsəməsi şimpanzelər və digər bir çox heyvanlar üçün aqressivlik və təhlükənin göstəricisi ola bilər. İnsan münasibətlərinin daha böyük hissəsi səs ifadələri ilə yaradılır. Bundan başqa bizim daha əzələli dilimiz və dodaqlarımız var, bu da bizə səsimizin səliqə ilə idarə olunmasına imkan verir. Yalnız insan mürəkkəb səs birləşmələrinə malikdir, bu da bizə geniş səs imkanları verir, lakin bizi şimpanzelərdən fərqli olaraq, eyni zamanda içmək və nəfəs almaq qabiliyyətindən məhrum edir. Məhz buna görə də bizim çənəmiz itiuclu, şimpanzelərin çənəsi geriyə çəkilmiş bir formadadır - biz dodaq əzələlərimizi qabarıq alt çənəmizə birləşdiririk, şimpanzelər isə bu əzələlərin çoxuna malik deyil, buna görə də irəli çıxan, qabarıq çənəyə ehtiyacları yoxdur.

5. Qidalanma