Yevlaxda gənc qızı bayramda nişanlısı bıçaqladı


Digərləri 01 Yan 2018 17:51:00 290 0

Yevlaxda gənc qızı bayramda nişanlısı bıçaqladı

Hadisə qısqanclıq zəminində baş verib

Yanvarın 1-nə keçən gecə Yevlaxda bıçaqlanma hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, 2000-ci il təvəllüdlü rayon sakini Rəfiqə Qasımova bıçaqlanaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Əldə edilən məlumata əsasən, R.Qasımova qısqanclıq və mübahisə zəminində nişanlısı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.