Leon Qoretzkanın yeni klubu müəyyənləşdi


İdman 01 Yan 2018 17:14:00 304 0

Leon Qoretzkanın yeni klubu müəyyənləşdi

"Schalke"nin yarımmüdafiəçisi Leon Qoretzka karyerasını "Bayern Munich"də davam etdirəcək.

Goal.az "Marca"ya istinadən xəbər verir ki, Münhen klubu 22 yaşlı havbeklə hələ bir neçə ay öncə razılığa gəlib. Alman futbolçu ilə "Barcelona" və "Liverpool" da maraqlanırdı. "Schalke" isə onu heyətdə saxlamaq üçün yeni müqavilə təklif etməyə hazırlaşırdı. Onun məvacibini ildə 12 milyon avroya çatdırmaq planlaşdırılırdı. Qoretzkanın Gerzenkirxen klubu ilə müqaviləsi 2018-ci ilin yayında başa çatır. Bu səbəbdən gənc futbolçu "Bavariya"ya pulsuz başa gələcək.