Kolin Kazım: "Galatasaray"dan ayrıldığıma peşman oldum"


İdman 01 Yan 2018 16:19:00 263 0

Kolin Kazım: "Galatasaray"dan ayrıldığıma peşman oldum"

"Corinthians" klubunda milli çempionatın qalibi olan Kolin Kazım Riçards Braziliyada çempion olan ilk avropalı futbolçu kimi tarixə düşüb.

Goal.az xəbər verir ki, Türkiyə millisinin sabiq üzvü yerli mətbuata açıqlamasında maraqlı məqamlara toxunub. 

"Corinthians"ın gücünü hiss edirəm. Xüsusilə meydana çıxanda daha güclü oluram. Bu, sanki narkotik qəbul etməyə bənzəyir. Oynamaq adama güc verir. 

Böyük klublarda oynamaq gözəl bir hissdir. Bütün gənc futbolçulara deyirəm ki, böyük komandaları tərk edib peşmançılıq keçirməyin. Ola bilsin, başqa yerə gedib daha çox pul qazana bilərsiniz. Hər kəsin öz həyatı var. Amma puldan da vacib şeylər var. "Galatasaray"dan ayrılanda bunları hiss etdim və ordan getməyimə peşman oldum".