Günayın mahnısını bəyənmədi, Elçinə məsləhət verdi VİDEO


Şou-biznes 01 Yan 2018 15:51:00 320 0

Günayın mahnısını bəyənmədi, Elçinə məsləhət verdi  VİDEO

"ATV maqazin onlarla" verilişinin "Hit parad" rubrikasının qonağı əməkdar artist Murad Dadaşov olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, şoumen 10 mahnını sıralayıb. O, onuncu sıraya Elçin Cəfərovu layiq görüb:

"İfasını çox bəyənirəm. Çox mədəni bir insandır. Bu da ona müasir səhnədə mane olur. Öz tamaşaçısı var və onlarla kifayətlənir. Elçinin enerjisini görmək istəyirəm.

Günay İbrahimli doqquzuncu olsun. Maraqlı bir insandır. İki-üç mahnısı ilə qısa vaxtda böyük tamaşaçı cəlb etdi. İtalyan filmlərinin yeni simalarına bənzəyir. "Ürəyimin qatili" Günayın mahnısı deyil".

Dadaşov Azad Şabanovu səkkizinci yerə qoyub. Şoumen Natavan Həbibini yeddinci edərək ona məsləhət verib:

"Natavan emosional krizis yaşayır. Problemlərini atsın, işi ilə məşğul olsun. Onun Aygün Kazımova ilə qalmaqalı hər ikisinin içində yaşayır. Mənasını itirib bu dava. Natavan özü olmalıdır, kiminsə acığına iş etməsin.

İradə maraqlı addım atdı, ailə qurdu, şou-biznesdən uzaqlaşdı. Onun qayıdışı partlayış olmalı idi. Amma olmadı. İradə altıncı olsun".

Murad Miri Yusifi beşinci edib və onun mahnılarını başa düşmədiyini söyləyib. O, Nadiri dördüncü edib:


Xəbərə aid video