Bərdədə orta yaşlı qadın ağrıkəsici dərmandan zəhərlənib


Sosial 01 Yan 2018 15:14:57 275 0

Bərdədə orta yaşlı qadın ağrıkəsici dərmandan zəhərlənib

Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti ağırdır

Bərdə rayonunda zəhərlənmə hadisəsi baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, 1986-cı il təvəllüdlü rayon sakini Babayeva Şəhla Rəmiş qızı ağrıkəsici dərmandan zəhərlənib.

Vəziyyəti ağırlaşan qadın Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Reanimasiya şöbəsinə yerləşdirilən qadının vəziyyəti ağırdır.