Mingəçevirdə keçiddən istifadə etməyən piyadanı maşın vurub, sürücü qaçıb


Sosial 01 Yan 2018 14:25:20 290 0

Mingəçevirdə keçiddən istifadə etməyən piyadanı maşın vurub, sürücü qaçıb

Hadisə Heydər Əliyev prospektində, yeraltı keçidin üzərində baş verib

Mingəçevirdə yolu keçmək istəyən piyadanı maşın vurub.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, yeraltı keçidin üzərində baş verib.

Hələ ki, markası məlum olmayan avtomobil yolu keçmək istəyən təqribən 50-52 yaşlı kişini vuraraq hadisə yerindən qaçıb. Ağır və huşsuz vəziyyətdə olan yaralı dərhal xəstəxanaya çatdırılıb. Yaralı komada olduğu üçün hələ ki, şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Faktla bağlı hazırda araşdırma aparılır.